Modern.az

Avroliqanın final oyununa 45 min azarkeş daşınıb

Avroliqanın final oyununa 45 min azarkeş daşınıb

Aktual

31 May 2019, 14:08

Bakıda keçirilən UEFA Avropa Liqasının Final oyunu ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 20-30 may tarixində xüsusi rejimdə fəaliyyət göstərib.

Agentlikdən Modern.az-a verilən məlumata görə, UEFA təkliflərinə əsasən,  Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Bakı Olimpiya Stadionu və final oyunu ilə bağlı şəhərin müxtəlif hissələrində təşkil edilən məntəqələri əlaqələndirən nəqliyyat planı hazırlanıb. Plana uyğun olaraq, qeyd edilən məntəqələr üzrə azarkeşlərin daşınması məqsədi ilə 6 ekspres marşrut xətti təşkil edilib. 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından azarkeşlərin daşınmasına mayın 27-dən start verilib. 3 gün ərzində müntəzəm və çarter reysləri ilə paytaxtımıza gələn azarkeşlərin daşınması təmin edilib.

Ümumilikdə oyundan əvvəl 145 avtobus cəlb edilməklə 17 min azarkeş (sərnişin) daşınıb.

Final qarşılaşması başa çatdıqdan sonra isə 450 avtobus cəlb edilməklə 28 min azarkeş (sərnişin) daşınıb.

Həmçinin, oyun günü gün ərzində paytaxtın müntəzəm marşrut xətləri üzrə 1.500.000 sərnişin daşınıb.


//www.youtube.com/watch?v=RxBnJqI-2Rs&fbclid=IwAR1ly8RP5CwL4GBoVbVTdll1K1qzlKt58T5ARmRyE_K1hnon9Qgs9UPTK0I
  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı