Modern.az

Tramp Ərdoğanın "S-400"lə bağlı təklifini qəbul etdi

Tramp Ərdoğanın

Aktual

31 May 2019, 19:40

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı birgə işçi qrup yaradılması təklifini müsbət dəyərləndirib.

 

Modern.az-ın məlumatına görə, bir neçə gün öncə Ərdoğan növbəti dəfə Trampa Rusiyadan S-400 komplekslərinin alınması ilə bağlı birgə işçi qrupun yaradılmasını təklif etmişdi.

 

Bu gün isə NTV kanalı ABŞ liderinin türkiyəli həmkarının bu təklifini müsbət qiymətləndirdiyi barədə xəbər yayıb.

 

Qeyd edək ki, S-400 komplekslərinin alınması ilə bağlı sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı