Modern.az

Bakıda ruhi xəstə itkin düşüb

Bakıda ruhi xəstə itkin düşüb

Aktual

31 May 2019, 20:42

Bakıda ruhi əsəb xəstəsi itkin düşüb.

 

Modern.az “Trend”ə istinadən xəbər verir ki,  hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

 

Nardaran qəsəbəsi, Lahic bağları, 5-ci sahədə yaşayan, 2002-ci il təvəllüdlü Babayev Ələkbər Hüseyn oğlu mayın 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Qeyd edək ki, Ə.Babayev 1 saylı Respublika Psixatriya Xəstəxanasında qeydiyyatadır.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı