Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.
Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Bu fürsətdən istifadə edərək ölkəmizdə böyüyən bütün uşaqlara, həmçinin başımızın tacı olan şəhidlərimizin övladlarına “gününüz mübarək olsun” deyirik!
Və gün o gün olsun ki, şəhidlərimizin qisası alınsın! Bütün şəhid övladları, bütün ata-ana yolu gözləyən, gözləri giryan olan uşaqların gününü onların itirdikləri əzizləri kimi ürəkdən təbrik edirik!
Allah həyat yolunda yenidən sizin qarşınıza əlavə problem və dərdlər cıxarmasın amin...!
Əntiqə Rəşid