Sabah saat 21.00-da Real TV-də yayımlanacaq “Mirşahinin vaxtı” verilişində növbəti dəfə heç vaxt heç yerdə yayımlanmayan müharibə kadrları yayımlanacaq.
Modern.az-ın məlumatına görə, kadrlarda həmin illərdə baş verən olaylar öz əksini tapıb. Bundan başqa “Mirşahinin vaxtı” verilişində Əli Kərimlinin dövlət katibi olduğu zaman etdiyi etirafların videogörüntüləri də tamaşaçıların ixtiyarına veriləcək.
Bununla bağlı Real TV-dən məlumat almaq istəyimizə cavab olaraq bildirildi ki, sabah saat 21-00-da Real TV-yə baxmaqla bütün suallara cavab veriləcək.