Modern.az

Bulvardakı bayram tədbirində itən uşaq tapıldı

Bulvardakı bayram tədbirində itən uşaq tapıldı

Aktual

1 İyun 2019, 15:18

Dənizkənarı Milli Parkda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə bir azyaşlı valideynlərinin nəzarətindən yayınaraq itib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini çəkib. Səbail RPİ-nin əməkdaşları dərhal azyaşlını sakitləşdirərək valideynlərini tapmaq üçün müvafiq tədbirlərə başlayıb.

 

Polis əməkdaşı qısa vaxtda azyaşlının valideynlərini taparaq uşağı onlara təhvil verib.

 

Valideynlər bu xeyirxah polis əməkdaşı ilə foto çəkərək bizə göndərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı