Modern.az

Çempionlar Liqası finalı – Azərbaycanlı deputat və jurnalistlər “Liverpul”a azarkeşlik edəcək

Çempionlar Liqası finalı – Azərbaycanlı deputat və jurnalistlər “Liverpul”a azarkeşlik edəcək

Aktual

1 İyun 2019, 15:32

Bildiyimiz kimi bu gün Çempionlar Liqası 2018-19 mövsümünün qalibi müəyyənləşəcək. Final görüşü iki ingilis klubu “Tottenhem” və “Liverpul” arasında keçiriləcək. Ölkəmizdə də finala maraq yüksək olduğu üçün Modern.az saytı bəzi məhşur futbol azerkeşlərinin oyun öncəsi fikrlərini və hansı komandaya azerkeşlik edəcəklərini öyrənib.

 

Deputat Fazil Mustafa:

 

“Təbii ki, Məhəmməd Salaha görə “Liverpul”un oyununu diqqətlə izləyəcəyəm. Heç bir komandanın xüsusi azerkeşi deyiləm. Sadəcə Salahın oyununu bəyənirəm. Buna görə də bir oyunçuya görə o komandaya daha çox simpatiyam olacaq. Buna görə də onların qələbə qazanmağını istəyirəm”.

 

 “Qol.az”ın baş redaktoru Aydın Bağırov:

 

“Mən futbola baxanda heç kimə azerkeşlik etmirəm. Azerkeş kimi baxdıqda bu amil oyuna rahat baxmağıma maneə olur. Yurgen Kloppa və Məhəmməd Salaha görə ”Liverpul”a simpatiyam var. Ona görədə onların qələbə qazanmağını istəyirəm. Kloppu müasir futbolun ən böyük məşqçilərindən sayıram. Oyunun çox maraqlı olacağını düşünürəm. “Liverpul” keçən il finalda məğlub olmasına görə bu gün daha istəkli olacaqlar. “Tottenhem”in nəinki final, yarımfinala yüksəlməyi də klub üçün uğurlu sayılır. Bu oyunda “Liverpul”un qələbə qazanacağını düşünürəm”.

 

“Futbol +” qəzetinin redaktoru Mahir Rüstəmov:

 

“Məlum məsələdir ki, finallarda favorit komanda olmur. Mən düşünürəm ki, “Liverpul”, “Tottenhem”dən aşkar üstündür. “Liverpul”un keçən il finalda uduzmağından sonra bu gündə məğlub olmağı onlar üçün ağır cəza olar. ”Totenhem”in də finala necə gəldiyini düşünsək,  oyunun gərgin keçəcəyini düşünürəm. Şansları ən azı  55 faizin 45 faiz nisbətinə “Liverpul”un xeyrinə qiymətləndirirəm. Hesab 2-1 “Liverpul”un xeyrinə olacağını düşünürəm”.

 

 “CBC sport”un aparıcısı Elnur Məmmədli:

 

“Finalda iki ingilis klubu üz-üzə gələcək. Bu da artıq oyuna olan marağı bir qədər də artırır. “Tottenhem”in bura qədər gəlməsi belə böyük uğurdur, çünki onlar bu mövsüm transfer də etmədilər. Poçettino “Tottenhem”də böyük işlər görür, ancaq mən “Liverpul”un qalib gəlməsini istəyirəm. Komanda son anda “Mançester Siti”yə çempionluq mübarizəsində məğlub oldu. Odur ki,”Liverpul” üçün mövsümü titulla başa vurmaq lazımdır”.

 

Novruz NOVRUZLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı