Modern.az

Məşhur futbolçu yol qəzasında öldü

Məşhur futbolçu yol qəzasında öldü

Aktual

1 İyun 2019, 16:52

Məşhur futbolçu Xose Antonyo Reyes avtomobil qəzasında həyatını itirib.

 

Modern.az xəbər verir ki, xəbəri onun keçmiş komandası "Sevilya" öz Tvitter səhifəsində təsdiqləyib.

Xəbərdə belə yazılıb: “Bundan pis xəbər ola bilməzdi. Keçmiş futbolçumuz Xose Antonyo Reyes avtomobil qəzasında həlak olub. Allah rəhmət eləsin”.

35 yaşlı futbolçu sonuncu dəfə  İspaniyanın 2-ci liqa komandası "Ekstremaduro"da oynayırdı.

 

Karyerası ərzində Reyes "Sevilya", "Arsenal", ”Atletiko Madrid”, "Real Madrid", "Benfika" kimi komandalarda çıxış edib.

 

Novruz NOVRUZLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!