Rusiyada zavodda partlayış olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Nijni Novqorod vilayətinin Dzerzhinsk şəhərində baş verib.
Partlayış nəticəsində xəsarət alan 80-ə yaxın adam tibbi yardım almaq üçün müraciət edib.
Məlumata əsasən, Kristal zavodunda partlayış nəticəsində, ümumilikdə, 38 işçi və 41 şəhər sakini olmaqla 79 nəfər müraciət edib. Müraciət edənlər arasında azyaşlılar yoxdur.