Modern.az

“Qəbələ” Cavid Hüseynovla yollarını ayırdı

“Qəbələ” Cavid Hüseynovla yollarını ayırdı

Aktual

1 İyun 2019, 21:50

“Qəbələ” klubu yarımmüdafiəçi Cavid Hüseynovla yollarını ayırıb. 31 yaşlı futbolçu 2019-2020-ci illər mövsümündən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.


Modern.az xəbər verir ki, bu barədə “Qəbələ” klubu məlumat yayıb.

“Qəbələ”də 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Cavid Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan yarımmüdafiəçi 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Orta sahə oyunçusu “qırmızı-qaralar”ın heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.

“Qəbələ” İdman Klubu Cavid Hüseynova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara, vurduğu qollara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

 
Cavid Hüseynovun hansı kluba keçdiyi də artıq məlumdur.  O, bundan sonra "Zirə"də oynayacaq.

"Zirə" 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı