Azərbaycan milli komandası Macarıstan və Slovakiya ilə AVRO-2020-nin seçmə qrup oyunlarından əvvəl yoxlama matçı keçirib.
Modern.az "Report"a istinadən xəbər verir ki, rəqib Azərbaycanın U-21 yığması olub. Qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-ci dəqiqədə Dmitri Nazarov penaltidən fərqlənib. 80-ci dəqiqədə Ağabala Ramazanov da penaltini dəqiq yerinə yetirib. 84-cü dəqiqə isə Araz Abdullayev fərqi daha da artırıb.
Baş məşqçi Nikola Yurçeviç start heyətdə aşağıdakı "11-liy"i meydana buraxıb..
Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək. U-21 isə Avropa çempionatının seçmə mərhələsində ilk oyunu iyunun 6-da səfərdə Lixtenşteynə qarşı keçirəcək.