Modern.az

Astarada “Niva” aşıb, 15 yaşlı qız ölüb  

Astarada “Niva” aşıb, 15 yaşlı qız ölüb  

Aktual

2 İyun 2019, 11:04

Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib.

 

Modern.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, rayonunun dağ kəndlərindən olan Təxtənəkəran kəndi ərazisində, 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərovun idarə etdiyi "Niva" markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə sürücü ilə birgə 4 sərnişin - 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova və 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Vəziyyəti daha ağır qiymətləndirilən Aytəkin Səfərova vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!