Modern.az

Sumqayıtda avtobus piyadanı vurdu: 1 ölü

Sumqayıtda avtobus piyadanı vurdu: 1 ölü

Aktual

2 İyun 2019, 21:27

Sumqayıtda şəhər marşrutu üzrə hərəkət edən sərnişin avtobusu qəza törədib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş verib.

 

Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu Samir Cəbrayılovun idarə etdiyi “50 AE 675” dövlət nömrə nişanlı 30 nömrəli marşrut avtobusu vurub.

 

Nəticədə ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı