“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirdə Özbəkistan diasporuna verdiyi böyük dəstəyə görə, Özbəkistanın Misirdəki səfirliyi tərəfindən mükafatlandırılıb.
Modern.az-ın məlumatına görə, S.Nəsirov 16 ildir ki, Misirdə təhsil alan xarici tələbələrə rəhbərlik edir. Hazıda o, Misirdə təhsil alan 50-dən çox ölkənin 1000-dən artıq tələbəsinə rəhbərlik edir. Həmçinin iyirmi ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir. Onun rəhbərlik etdiyi tələbələr arasında özbəkistandan da tələbələr var. Seymur Nəsirov bu yolla Azərbaycanı bütün dünyada təbliğ etməyə çalışır.