Modern.az

Abşeronda ağır QƏZA: ölən var

Abşeronda ağır QƏZA: ölən var

Aktual

3 İyun 2019, 09:15

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Masazır qəsəbəsində “LADA” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı