Modern.az

Bakı metrosu yeni qatarlar aldı

Bakı metrosu yeni qatarlar aldı

Aktual

3 İyun 2019, 09:28

Rusiyanın “Metrovaqonmaş" zavodu ilə “Bakı Metropoliteni” QSC arasında imzalanmış müqaviləyə əsasən, iyun ayı ərzində Azərbaycana yeni qatarlar gətiriləcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Modern.az-a verdiyi məlumata görə, ilkin mərhələdə iki qatar alınıb:

“Müasir standartlara cavab verən qatarlar ölkəyə gətiriləndən sonra sazlama və sınaq müddəti olacaq. Həmin qatarlar  istismar müddəti başa çatan qatarları əvəzləyəcək”.

B.Məmmədovun sözlərinə görə, ilin sonunadək daha 4 qatar alınacaq:

“Hazırda daha 4 qatarın istehsal prosesi gedir”.

 

Qeyd edək ki, qatarların istimar müddəti 31 ildir. Müqaviləyə əsasən alınacaq 81-765 tipli, "Metrovaqonmaş" istehsalı olan 6 qatar istismarını başa vurmuş 81-714/717 tipli 6 qatarı əvəzləyəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı