Modern.az

Nüfuzlu saytlar azərbaycanlı idmançının qələbəsindən yazıb

Nüfuzlu saytlar azərbaycanlı idmançının qələbəsindən yazıb

Aktual

3 İyun 2019, 12:45

Londonda təşkil edilən idman tədbiri çox yüksək səviyyədə başa çatıb. Bu barədə keçmiş kikboks çempionu, “Kavkaz Combat Promotions” rəhbəri Hafiz Baxşəliyev məlumat verib.

“Döyüş kartımızda Britaniyadan və Avropadan bir neçə ölkənin bir nömrəli və ilk onluqda olan idmançıları iştirak edirdi. Bu da döyüşlərin necə yüksək səviyyədə olmasını göstərir və tamaşaçıların da tədbirimizdən həzz aldığı onların həyəcanından bəlli olurdu. Bu yarışda azərbaycanlı kikboksçu Elxan Əliyev böyük ustalıq göstərərək, ingilis rəqibi Nathan Eppsi ilk 45-ci saniyədə nokautla məğlub etdi. Bu, Elxanın King of Kings kickboxing döyüş seriyalarında üçüncü döyüşü və üçüncü qələbəsi oldu. Bundan əvvəlki döyüşlərdə də Elxan rəqiblərini ilk raundda nokaut etmişdi. Fərəhli haldır ki, Amerikada yerləşən "Kikiboksinq" mətbuatı və "FightBox" televiziyası bizim yarışa diqqət ayırıb və Elxanın döyüş sonrası müsahibəsinə yer veriblər. Elxan bildirib ki, artıq o, 71 kg çəkidə KOK çempionu, litvalı Henrikas Viksraitis ilə dünya çempionu titulu uğrunda mübarizəyə hazırdır. Bu barədə artıq mən də KOK təşkilatına müraciət etmişəm. Böyük ehtimalla Elxan ilk əvvəl bu ilin noyabr ayı Londonda Avropa titulu uğrunda döyüşəcək”.

Elnur Eltürk

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı