Modern.az

Deputat müxalifət iqtisadçılarının iddialarını alt-üst etdi - FOTO

Deputat müxalifət iqtisadçılarının iddialarını alt-üst etdi - FOTO

Aktual

3 İyun 2019, 14:50

“Bəzi "iqtisadçılar" sosial şəbəkələrdə Azərbaycan, Gürcüstan və Ermənistanda orta aylıq əmək haqlarını dollar ifadəsində müqayisə edərək, populist çıxışlar edirlər”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili bir sıra müxalifyönlü iqtisadçıların şərhlərinə cavab olaraq deyib.

Deputat bildirib ki, müasir iqtisadi yanaşmalarda real əmək haqqını müəyyən etmək üçün bir çox metodlardan istifadə olunur, bir çox amillər nəzərə alınır və alıcılıq qabiliyyəti, faydalılıq əmsalı tətbiq edilir.

“ Müqayisə üçün //3pulse.com/en/geo/ saytı Azərbaycan, Gürcüstan və Ermənistan üzrə bəzi məhsul və xidmətlərin orta qiymətlərinin hesabını aparıb. Cədvəldən də göründüyü kimi,  digər iki Cənubi Qafqaz respublikası ilə müqayisədə Azərbaycanda əksər məhsul və xidmətlərin qiymətləri daha ucuzdur. Yəni məsələn, dollar ifadəsində eyni əmək haqqında Azərbaycanda daha çox mal və xidmət almaq mümkündür. İstənilən halda, əmək haqqının daha yüksək olmasına çalışmaq lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı