Modern.az

Zakir Həsənov Rusiyaya gedir

Zakir Həsənov Rusiyaya gedir

Aktual

3 İyun 2019, 17:36

İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün iyunun 4-də Anapa şəhərinə yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!