Modern.az

Qanaxmalı qızdırma virusuna yoluxanlar artır

Qanaxmalı qızdırma virusuna yoluxanlar artır

Aktual

3 İyun 2019, 20:59

Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna yoluxub.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.

 

Bir müddət əvvəl vilayət rəhbərliyi uşaqların yay düşərgələrinə getməsini qadağan etmişdi.

 

Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, böyrək sindromlu, qanaxmalı qızdırma böyrəklərin zədələnməsi ilə müşayiət olunan kəskin virus xəstəliyidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı