Modern.az

Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyyə edildi

Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyyə edildi

Aktual

3 İyun 2019, 21:26

Sumqayıt şəhərində hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Modern.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın şaxtasında qeydə alınıb. Nəticədə 50 pikometr elektrik kabeli və məişət tullantıları yanıb.

 

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə edilib.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı