Modern.az

Türkiyə vətəndaşları Bərdədə qaz doldurma stansiyasına hücum etdi

Türkiyə vətəndaşları Bərdədə qaz doldurma stansiyasına hücum etdi

Aktual

3 İyun 2019, 23:52

Bərdə rayonunda iki Türkiyə vətəndaşı maye qaz doldurma stansiyasına hücum edərək operatora xəsarət yetiriblər.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən maye qaz doldurma stansiyasında qeydə alınıb.

 

Yerli sakinlərin bildirdiyinə görə, günorta saatlarında iki nəfər "Niva" markalı avtomobil ilə məntəqəyə gələrək oranın Akif adlı operatoruna daş və dəmir alətlə xəsarət yetiriblər.

 

Yaralı oğlan ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...