Modern.az

ATƏT Xocavənddə monitorinq keçirdi

ATƏT Xocavənddə monitorinq keçirdi

Aktual

4 İyun 2019, 12:55

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün Xocavənd rayonu ərazisində baş tutan monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən A.Kaspşiklə yanaşı, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparıblar. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...