Modern.az

Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər  

Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər  

Aktual

4 İyun 2019, 16:26

Xəzər dənizinin suyunun çirklənməsinin qarşısını almaq üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

 

Onun sözlərinə görə, ölkə ərazisində kanalizasiya, su xətləri yenidən çəkilir. Yaxın dövrdə dövlət proqramına uyğun olaraq çirkləndiricilərin qarşısı alınacaq.

 

Z.Kazımov əlavə edib ki, Xəzər dənizinin bəzi ərazilərindən götürülən nümunələrin nəticələri bəlli olsa da, Nabrandan, Xaçmazın bir hissəsindən, Türkan ərazisindən götürülən nümunələrin laborator müayinəsi hələ yekunlaşmayıb. Onların da nəticələri qısa müddətdə açıqlanacaq.

 

Z.Kazımov qeyd edib ki, Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərinin istifadəyə yararsız olmasına səbəb orada yaşayış yerlərindən məişət çirkab sularının birbaşa dənizə axıdılmasıdır:

 

"Son 10 illə müqayisədə bu istiqamətdə nisbətən yaxşılaşma var. Yəqin yaxın illərdə o ərazilərdə də dəyişiklik hiss edəcəyik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı