Modern.az

UNEC-in təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək

UNEC-in təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək

Aktual

4 İyun 2019, 16:41

İyunun 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.

 

Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd  Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

 

“Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında bütün ali təhsil müəssisələrində təhsil alan, o cümlədən əlilliyi olantələbə, magistr və məzunlar təklif olunan müxtəlif iş vakasiyası və təcrübə proqramlarına müraciət edə biləcəklər.

 

Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...