Modern.az

Goranboyda taxıl biçininə start verildi - FOTO

Goranboyda taxıl biçininə start verildi - FOTO

Aktual

4 İyun 2019, 18:25

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iyun ayının 3-də aidiyyatı müəssisə rəhbərləri, "Region Aqro" MMC-nin rəhbərliyi və mütəxəssislərlə birlikdə Aqroparkın ərazisində taxıl biçininə baxış keçirib.

 

Modern.az xəbər verir kli, cari ilin məhsulu üçün ərazidə 720 hektar toxumluq buğda, 679 hektar isə arpa yetişdirilib.  Mütəxəssislərin rəyinə əsasən sahələrdən bol məhsul götürülməsi gözlənilir. Aqroparkda yetişdirilmiş taxıl sahəsinin biçilməsinə 2 ədəd John Deere markalı kombaynlar cəlb edilib. Taxılın anbarlara daşınması ilə bağlı kifayət qədər texnika mövcuddur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı