Modern.az

İcra başçısı Xan Qərvənd kəndinin sakinləri ilə görüşüb - FOTO

İcra başçısı Xan Qərvənd kəndinin sakinləri ilə görüşüb - FOTO

Aktual

4 İyun 2019, 18:44

Goranbor Rayon İcra Hakimiyyətinin başçısı Xan Qərvənd kəndinin sakinləri ilə görüşüb.

 

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata bildirilıib ki, bildiyimiz kimi cənab Prezidentin siyasətinin mərkəzində vətəndaş amili dayanır. Vətəndaş amilinin önə çəkilməsi siyasəti isə bu gün Goranboyda uğurla icra olunur.

 

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hər həftə rayonun müxtəlif kəndlərin əhalisi ilə görüşür, onların problemlərini yerində öyrənir.Keçirilmiş qəbullarda əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunması istiqamətində hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı qrafikə uyğun olaraq,iyunun 4-də rayonun Xan Qərvənd kəndində səyyar görüş keçirib.

 

Qəbulda rayon icra hakimiyyəti başçısı tərəfindən 25 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.


Xan Qərvənd sakinləri icra başçısından, su probleminin aradan qaldırılmasını,  daxili yolların bərpa olunması,sosial yardımla bağlı köməklik göstərilməsini xahiş ediblər.


İcra baççısı tərəfindən dinlənilmiş müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı