Modern.az

Şamaxının sabiq icra başçısı qəzaya düşdü

Şamaxının sabiq icra başçısı qəzaya düşdü

Aktual

4 İyun 2019, 22:09

Şamaxının keçmiş icra başçısı qəzaya düşüb.

Modern.az  Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunda qeydə alınıb.

 

Sürücü idarəetməni itirib və yoldan çıxan avtomobil dərəyə yuvarlanıb. Qəza zamanı avtomobilin sürücüsü Akif Əliyev xəsarət alıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, A.Əliyev 2000-2004-cü illərdə Şamaxı rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı