Modern.az

Bakıda 23 yaşlı qız binadan yıxılaraq öldü

Bakıda 23 yaşlı qız binadan yıxılaraq öldü

Aktual

4 İyun 2019, 23:17

Bu gün axşam saatlarında Bakının Xətai rayonunda 23 yaşlı qız binadan yıxılaraq ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi, Rahib Məmmədov 15A ünvanında baş verib.

 

1996-cı il təvəllüdlü Ağayeva Banuçiçək Azər qızı yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb. Açıq kəllə-beyin travması alan yaralı dərhal 3 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.

 

Həkimlərin səylərinə baxmayaraq, B.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!