Modern.az

“YouTube” yeni qadağa tətbiq etdi

“YouTube” yeni qadağa tətbiq etdi

Aktual

6 İyun 2019, 10:13

YouTube” videohostinqi öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib.

Modern.az-ın  xəbərinə əsasən, bu barədə servisin bloqunda məlumat yerləşdirilib.

 

“YouTube” qeyd edir ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən roliklər üçün sərt tələblər  yeridib. Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb.

 

“Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya, yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, - deyə şirkətdə bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!