Modern.az

4 yaşlı qızı seldən xilas edən məktəbli mükafatlandırıldı - FOTO

4 yaşlı qızı seldən xilas edən məktəbli mükafatlandırıldı - FOTO

Aktual

6 İyun 2019, 11:30

“VI sinif şagirdi İsrafilov Dəyanət 4 yaşlı Qızbikəni sel sularından xilas edib”

 

Modern.az  xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

 O, bildirib ki, Çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb:

 

“Şəkildə gördüyünüz bu oğlanın adı Qubanın Cimi kənd orta məktəbinin VI sinif şagirdi İsrafilov Dəyanətdir. Dəyanət həmkəndlisi, 4 yaşlı Qızbikəni sel sularından xilas edib. Çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb.

 

Dəyanəti Quba Rayon İcra Hakimiyyətinin başçısı qəbul edib və ona Milli qəhrəman Mübariz İbrahimovun portretini hədiyyə edib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!