Modern.az

Gürcüstanda helikopter qəzaya UĞRADI: 3 ölü

Gürcüstanda helikopter qəzaya UĞRADI: 3 ölü

Aktual

6 İyun 2019, 13:55

Gürcüstanda Kazbeqi qəsəbəsi yaxınlığındakı dağlarda helikopterin qəzaya uğraması nəticəsində iki turist və pilot ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kazbeqi meri Aleksandr Zaqaşvili məlumat verib.

Onun sözlərinə görə, helikopter xarici turistlərə xidmət edən "Aviator plyus" şirkətinə məxsus olub. Helikopter 2013-ci ildə ABŞ-da istehsal edilib.

Hələlik helikopterin qəzaya uğramasının səbəbləri məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!