Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı İmran Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, İ.Əliyevin üzərinə keçirilən baxış zamanı onun əlindəki sellofan torbada çəkisi 350 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır