Modern.az

Bakı Beynəlxalq Avtovağzalının saytı fəaliyyətini dayandırır

Bakı Beynəlxalq Avtovağzalının saytı fəaliyyətini dayandırır

Aktual

7 İyun 2019, 17:39

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin BBAK.az veb saytı sabah saat 00:00-dan etibarən iyunun 8-dək saat 8:00-a qədər fəaliyyətini dayandıracaq.

Modern.az BBAK-ın rəsmi saytına istinadən xəbər verir ki, bu, texniki işlərlə əlaqədardır.

Qeyd olunub ki, qabaqcadan bilet əldə etmək istəyən sərnişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassaları ilə yanaşı, Nizami 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından da öncədən bilet əldə edə bilərlər. 

"Onlayn" qaydada bilet sifariş edən sərnişinlər biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmalıdır.

Qurum narahatlığa görə sərnişinlərdən üzr istəyir!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı