Modern.az

Metronun Xətai stansiyası avqustda istifadəyə veriləcək

Metronun Xətai stansiyası avqustda istifadəyə veriləcək

Aktual

11 İyun 2019, 12:51

Bakı Metropoliteninin "Xətai" stansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.

Modern.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

“Artıq stansiyada yeni eskalatorların quraşdırılması baş çatıb. Biz çalışırıq ki, “Xətai” stansiyasını mümkün qədər tez sərnişinlərin istifadəsinə verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...