Modern.az

Avropa Gənclər Yay Olimpiya Festivalında 18 nəfər həkimə müraciət etdi

Avropa Gənclər Yay Olimpiya Festivalında 18 nəfər həkimə müraciət etdi

Aktual

22 İyul 2019, 10:17

İyulun 19-dan 22-nə qədər "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, çağırışlardan 4-ü atletlər kəndinə, 4-ü qonaqların qaldığı otellərə, 3-ü yarışlar keçirilən idman arenalarına. 2-si Bayraq Meydanına, 3-ü Kristal Hall, - İdman Akademiyasına, 1-i Hövsan FHN-ə olub. Müraciət edənlərdən 3-ü Klinik Tibbi Mərkəzə, 1 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qalanlarına yerində yardım göstərilib.

 

Bildirilib ki, müraciət edənlərdən 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı