Modern.az

Bakıda xüsusi ekspres marşrut xətti açılır - 40 avtobus ayrıldı  

Bakıda xüsusi ekspres marşrut xətti açılır - 40 avtobus ayrıldı  

Aktual

25 İyul 2019, 09:24

Bakı Nəqliyyat Agentliyi ölkədə keçirilən beynəlxalq tədbirlərin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda əhalinin, şəhərimizə gələn qonaqların tədbir keçiriləcəyi məkana gedərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməmələri üçün bir sıra tədbirlərə dəstəyini davam etdirir.

 

Bakı Nəqliyyat Agentliyi mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, bu çərçivədə iyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil olunacaq.

 

O qeyd edib ki, marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) -  Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər:

 

“Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.  Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək”. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı