Modern.az

“Azəriqaz” kütləvi sayğac dəyişikliyilə bağlı problemi çözdü

“Azəriqaz” kütləvi sayğac dəyişikliyilə bağlı problemi çözdü

Aktual

25 İyul 2019, 11:18

Bu gündən etibarən “Azəriqaz” İstehsalat Birliyi (İB) Sabunçu texniki istismar xidməti gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

 

“Azəriqaz” İB-dən Modern.az-a verilən məlumata görə, kütləvi sayğac dəyişikliyindən sonra yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonent tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunmasına dair müraciətlər xeyli artıb:

“Ona görə də Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətində yeni fəaliyyət istiqaməti seçilib və gücləndirilmiş iş rejimi tətbiq olunub”.

 

Rəsmi məlumatda o da qeyd edilib ki, müraciətlərin artımını nəzərə alaraq 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərində abonentlərə xidmət göstərən Birliyin mütəxəssisləri Sabunçu xidmət sahəsinə cəlb olunublar:

“Onlar 3 saylı “ASAN Kommunal” mərkəzi istifadəyə verilənədək bu gündən etibarən Sabunçu xidmət sahəsində işə başlamaqla yuxarıda qeyd edilən çoxsaylı müraciətlərə dair əməliyyatları icra edəcəklər”.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!