Modern.az

Bakıda 16 yaşlı əcnəbi idmançı travma aldı

Bakıda 16 yaşlı əcnəbi idmançı travma aldı

Aktual

26 İyul 2019, 09:32

Ötən gün (25 iyul) "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciət edənlərdən biri 16 yaşlı danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Klinik Tibbi Mərkəzə çatdırılıb:

 

“İdmançıya lazımı yardım göstərildikdən sonra buraxılıb. Digər 3 nəfər müraciət edənlər yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. İkisi baş ağrısından, bir nəfər isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər”.

 

Rəsmi məlumatda o da qeyd edilib ki,  “Jara” festivalı keçirilən ərazidə növbə çəkən Təcili Tibbi Yardım briqadasına 26 yaşlı Azərbaycan vətəndaşı müraciət edib:

 

“O, sol diz qapağının səthi travması ilə müraciət edib. Həkimlər ona yerində yardım ediblər. "Olimpiya Gənclər Festivalı 2019" və “JARA” festivalı keçirilən ərazilərdə Təcili Tibbi Yardım briqadaları növbə çəkməkdə davam edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı