Modern.az

Agentlik 108 min yumurtanı məhv etdi

Agentlik 108 min yumurtanı məhv etdi

Aktual

26 İyul 2019, 10:26

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

 

Modern.az xəbər verir ki, monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, «At yalı» adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib. 

 

Baxış keçirilərkən 108000 ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

 

Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı