“İyun ayında inflyasiya 0,5 faiz aşağı düşüb”.
Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.
E.Rüstəmov qeyd edib ki, ərzaq məhsullarında 4,3 faiz, qeyri-ərzaq məhsullarında 1,3 faiz, xidmətlər üzrə 2,3 faiz inflyasiya olub:
“İlin sonuna inflyasiyanın hədəf daxilində, 4,2 faiz həcmində qalacağı, inflyasiyanın 4±2% olacağı proqnozlaşdırılır. Hazırda ölkədə faktiki inflyasiya hədəfdən aşağıdır. İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3 faizi inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”.