Modern.az

100 məntəqədə yeni dayanacaq pavilyonları

100 məntəqədə yeni dayanacaq pavilyonları

Aktual

31 İyul 2019, 12:24

Vətəndaşların rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib.

 

M.Ağağyev qeyd edib ki, daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, eyni zamanda mütəxəssislər tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb:

 

“Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq   məntəqəsi təşkil edilib və  pavilyon qoyulub. Yeni pavilyonların quraşdırılması ilə yanaşı mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!