Modern.az

Şabrandakı kütləvi zəhərlənməyə görə araşdırmalara başlanıldı

Şabrandakı kütləvi zəhərlənməyə görə araşdırmalara başlanıldı

Aktual

2 Avqust 2019, 12:31

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şabranda 17 nəfərin qidadan zəhərlənməsi faktına görə araşdırmalara başlayıb.

 

Bunu Modern.az-a AQTA-nın mətbuat katibi Aysel Fərziyeva  bildirib.

Mətbuat katibinin sözlərinə görə, qurumun mütəxəssislərindən ibarət araşdırma qrupu hadisə yerinə ezam olunub:

“Agentlik əmkdaşları tərəfindən araşdırmalara başlanılıb və araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qida zəhərlənməsi ilə bağlı Şabran Rayon Mərkəzi Xəsətəxanasına 15 nəfər müraciət edib:

“Onların hansı qidadan zəhələndiklərini müəyyən olunmayıb. Çünki bəziləri tort, bəziləri digər qidaları yedikdən sonra vəziyyətlərinin pisləşdiyini bildirib. Hazırda xəstələrin müalicəsi davam etdirilir”.

 

Eyni zamanda daha 3 nəfərin zəhərlənmə ehtimalı ilə xəstəxanaya müraciət etdiyi qeyd edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı