Modern.az

Nəqliyyat Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Nəqliyyat Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Aktual

5 Avqust 2019, 11:27

Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda paytaxtda müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına diqqətli, ehtiyyatlı olmalarını tövsiyə edir. Bu barədə Modern.az-a BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

 

M.Ağayev sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edib:

“Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

 

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”.

Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.    


 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı