Hazırda müşahidə edilən güclü küləyin törətdiyi fəsad nəticəsində 10 yaşlı qız xəstəxanalıq olub.
Modern.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində qeydə alınıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub:
"Xəstə hazırda reanimasiya şöbəsində müalicə olunur, huşu aydındır. Vəziyyəti orta-ağırdır".