Bank “BTB”-nin Marketinq departamentinə yeni direktor təyin olunub. Bankdan Modern.az-a verilən məlumata görə, bu vəzifəyə Fuad Cəfərov gətirilib.
Rəsmi məlumatda bildirilib ki, o, məhsulların inkişafı, marketinq komnukasiyaları və müştəri əlaqələrinin idarə olunması şöbələrinə rəhbərlik edəcək.
Qeyd edək ki, Fuad Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. Daha sonra Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən beynəlxalq təhsil məktəbində, Mərkəzi Avropa Universitetində kiçik və orta sahibkarlığın inkişafı, menecment və liderlik proqramı üzrə təhsilini davam etdirib. 2014-ci ildə Niderland Krallığında yerləşən Haaqa Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi əldə edib. Müxtəlif illərdə ixtisaslaşmış beynəlxalq sertifikasiya kurslarında təlimlər keçərək strateji marketinq, məhsullarının inkişafı, biznesin inkişafı, strategiyanın hazırlanması və tətbiqi sahələrində bilik və keyfiyyətlərə malikdir.
Maliyyə sahəsində uzun müddət çalışmış F. Cəfərov 2015-cı ildən etibarən "PAŞA Bank"da fəaliyyət göstərib. Belə ki,”İBM”, “Mckinsey & Company" beynəlxalq konsaltinq şirkətlərininin ekspertləri ilə birlikdə PAŞA Bankın inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak edib.