Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri Xəzər dənizində MiQ-29 təyyarəsinin yeni fraqmentlərini aşkar edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, pilot Rəşad Atakişiyevin və təyyarənin “qara qutu”sunun axtarışları hava şəraitinə uyğun davam etdirilir.
Xatırladaq ki, Azərbaycanın MiQ-29 qırıcısı iyulun 24-ü axşam saat 22:00 radələrində Xəzər dənizində qəzaya düşmüşdü.