Modern.az

Lökbatanda qəza: Ölən və xəsarət alanlar var  

Lökbatanda qəza: Ölən və xəsarət alanlar var  

Aktual

29 Avqust 2019, 14:05

Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

 

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı