Modern.az

Rövnəq Abdullayev SOCAR işçilərinin maaşını artırdı - FOTO

Rövnəq Abdullayev SOCAR işçilərinin maaşını artırdı - FOTO

Aktual

2 Sentyabr 2019, 16:36

Sentyabrın 1-dən SOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin tarif (vəzifə) maaşları artırılır. Modern.az-ın əldə etdiyi məlumata görə, SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) birgə qərarına əsasən, Əmr-qərar verilib.

SOCAR prezidenti Rövnəq Abdullayevin imzaladığı Əmr-qərarda deyilir:

  1. 1 sentyabr 2019-cu ildən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları 20 faiz artırılsın.
  2. ”Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməliyinin ödənilməsi haqqında Əsasnamə”yə 1, 2, 3, 4, 6, 7, 7b, 8, 9, 10, 11, 12, 13, 14, 16, 18, 59a,65-1 və 65-2 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin.
  3. Əmr-qərarın icrasına nəzarət SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova və ANQSİHİRK-nın sədr müavini F. Mustafayevə həvalə edilsin.

SOCAR-dan Modern.az-a faktı təsdiqləyiblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı