Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki svetoforların işində problemlər yaranıb.
Bu barədə Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, hazırda 9 küçə və prospekt kəsişməsində svetoforlar işləmir.
Svetoforların işləmədiyi küçələr aşağıdakılardır:
M.Ağayevin sözlərinə görə, svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır:
“Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.